Əsas məzmuna keç
TURANMGH Construction
Layihələrə qayıt

Boru kəməri

Neft Kəmərləri İdarəsi — magistral neft kəmərləri üzrə işlər

Azərbaycan

Davam edir
SOCAR neft kəməri obyektində boru kəməri siyirtmələri və porşen buraxma qurğusu

Şəkil 1 / 4

Layihə haqqında

“MGH İnşaat” MMC 2023-cü ildə SOCAR-ın Neft Kəmərləri İdarəsi ilə baş podratçı qismində bir sıra müqavilələr bağlamışdır.

SOCAR neftinin Şirvan–Böyük-Şor Dş 500 mm neft kəməri ilə, həmçinin Səngəçal və AzərTrans terminallarından BTC kəmərinə ötürülməsini təmin etmək məqsədilə yenidənqurma işləri çərçivəsində şirkətin iş həcminə I və IV komplekslər üçün neft hesabat qovşaqlarının texnoloji hissəsi, Böyük-Şor NTS-də Dübəndi–Böyük-Şor və Şirvan–Böyük-Şor Dş 500 mm neft kəmərlərinin əlaqələndirilməsi, həmçinin Şirvan–Böyük-Şor Dş 500 mm kəmərinin çəkilməsi daxildir.

Digər müqavilələr ŞİBK ilə əks axının təmin edilməsi məqsədilə Şirvanlı və Sumqayıt NTS-lərdə modifikasiya işlərini, Böyük-Şor–Sumqayıt Dş 700 mm magistral neft kəmərinin 8,0–19,5-ci km aralığındakı ümumilikdə 4,56 km uzunluğunda hissələrində boruların dəyişdirilməsi ilə əsaslı təmirini və Sumqayıt NTS-də 2 ədəd RVS-5000 m³ neft çəninin tikintisini əhatə edir.