Əsas məzmuna keç
TURANMGH Construction
Layihələrə qayıt

Sənaye

Heydər Əliyev adına Neft Emalı Zavodu — tikinti və yenidənqurma işləri

Bakı, Azərbaycan

Tamamlanıb
Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun havadan görünüşü

Şəkil 1 / 2

Layihə haqqında

“MGH İnşaat” MMC 2021–2024-cü illərdə SOCAR-ın Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda baş podratçı qismində sənaye bina və qurğularının tikintisi və yenidən qurulması üzrə bir sıra müqavilələri icra etmişdir.

Təmir və yenidənqurma işlərinə 4 saylı istehsalatın 43 saylı qurğusunun hündürlüyü 120 metr olan tüstü borusunda təmir işləri, zavodun yeni laboratoriya binasının ərazisində kommunikasiya xətlərinin köçürülməsi, ümumi təmir və tikinti işləri, həmçinin xidmət meydançalarının, pilləkən və məhəccərlərin təmiri və dəyişdirilməsi daxildir.

Mühafizə və izolyasiya işləri çərçivəsində zavodun istehsalat sahələrində aparat, estakada və boru xətləri rənglənmiş, istilik izolyasiyası işləri aparılmışdır.

Boru kəməri işləri çərçivəsində zavodun modernizasiya və rekonstruksiya layihəsi üzrə çəkilmiş Dn 530×8 mm polad boru kəməri “Azərsu” ASC-yə məxsus mövcud 1200 mm-lik magistral boru kəmərinə birləşdirilmişdir.

Ekoloji işlər çərçivəsində şlamlar zərərsizləşdirilərək zavod ərazisindən kənara daşınmış, T-108 çəni şlamdan təmizlənmişdir.

Bundan əlavə, şirkət COP29 ilə əlaqədar zavodun “Azərneftyağ” ərazisində abadlıq işlərini (o cümlədən street art) və vakuum kolonunun demontajını yerinə yetirmişdir.

Oxşar layihələr